ŞOK OLAY: "Şaxta baba" geyimində atasının olduğu qocalar evinə getdi, 118 nəfəri... - FOTO

.

Qocalar evini ziyarət edən "Şaxta baba" 118 nəfəri koronavirusa yoluxdurub.

Metbuat.az xəbər verir ki, hadisə Belçikanın Anvers şəhərində baş verib. Belə ki, qocalar evində qalan yaşlılardan birinin oğlu yaşlılara bayram ərəfəsində sürpriz etmək üçün "Şaxta baba" geyimi geyinərək qocalar evinə ziyarət edib. "Şaxta baba" ziyarət etdikdən sonra qocalar evində bəzi şəxslər özünü yaxşı hiss etməyib, bəzi yaşlılarda koronavirus əlamətləri görülüb.

Onlardan koronavirus testi götürüldükdən sonra ilk olaraq 45, daha sonra 118 nəfərin virusa yoluxduğu məlum olub. Virusa yoluxanlardan 98-i yaşlı, 20-si isə işçilərdir. Ziyarət günündə çəkilən fotolarda bir çox yaşlının maskasız olduğu görülüb.

Qeyd edək ki, Belçikada koronavirusa yoluxanların sayı 600 mini, ölənlərin sayı isə 18 mini ötüb.

Mənbə: Habertürk


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR