Azərbaycanda informasiya və rabitə sahasində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri açıqlanıb.
Metbuat.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi 1,6 faiz artıb.