Moskvada son sutkada 76 nəfər bu virusdan ölüb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.

Metbuat.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 171-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 708 530 insanda (son sutkada 5028 nəfər) koronavirus aşkar olunub, daha 545 430 nəfər isə müalicə olunaraq sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR