Koronavirusa qarşı dərmanlar “od qiymətinə” -

Gündəlik yoluxma sayı pik həddə çatan zamandan koronaviruslu xəstələr üçün xəstəxanalarda yer tapmaq müşkül məsələyə çevrilib. Yalnız ağır vəziyyətdə olan, məsələn, əgər xəstənin ağciyərində 40-50 faizdən çox buzlu şüşə görünürsə, bu zaman xəstəxanaya yerləşdirilməsi haqda qərar verilir. Digər xəstələr isə evdə müalicə almaq məcburiyyətində qalır. Evdə müalicə alan xəstələr isə apteklərdə koronavirusa qarşı nəzərdə tutulmuş dərmanların, o cümlədən “Arbidol”, “Kleksan”, “Favipiavir” preparatlarının tapılmamasından şikayətlənir.

Metbuat.az xəbər verir ki, pandemiya ucbatından işsiz qalan, maddi çətinlik yaşayan şəxslər üçün bu dərmanları əldə etmək əlbəttə ki, tamamilə mümkünsüzdür.

Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-dən bir neçə dəfə açıqlama verilərək bildirilib ki, apteklərdə yaşanan dərman qıtlığı və bahalığı məsələsi onların səlahiyyətində deyil.

Tibb bacıları bəzi hallarda 100 manat istəyirlər" - həkim Ədalət Rüstəm -  Mediapost.az

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, koronavirusa yoluxan xəstələrin müalicəsi üçün poliklinikalara lazımi qədər dərman preparatları verilir:

“Test nəticəsi müsbət olduğu təqdirdə, həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, maqnezium, sink, selen və parasetamol kimi preparatlar daxildir. Adıçəkilən kompleks vitaminlər ona görə verilir ki, insanlar az simptomlu, yüngül gedişatlı xəstəlik zamanı yalnız vitamin kompleksi və hərarəti salmaqla fəsad olmadan yaxşı nəticə əldə etsin. Amma bizdə bəzi adamlar özlərinə antibiotiklər, dərmanlar təyin edirlər və tələb edirlər ki, bu dərmanlar verilsin. Bu, çox yanlış fikirdir, düzgün deyil. Həkimlə məsləhət etmədən heç bir dərman qəbul edilməməlidir, xəstə həkimin nəzarətində olmalıdır ki, müalicə necə aparılsın, nələr edilsin və s.

Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər".

Səhiyyə Nazirliyindən o da qeyd edildi ki, apteklərdə dərmanların qiymətlərinin artırılıb-azadılması məsələsinə nəzarət onların səlahiyyətində deyil: “Dərmanların qiymətlərinin tənzimlənməsi məsələsinə Tarif Şurası, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir”.

Xeberle.com » Səhifə 1807

Qeyd edək ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayaraq bildirib ki, dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib. Qeyd olunub ki, koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb: “Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12.114 dərman vasitəsinin qiyməti təsdiq edilib. Dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddəsi və dozası, farmaseptik forması, ticarət qablaşdırması, miqdarı, istehsalçı ölkələr üzrə müəyyən edilir. Dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri qeyd olunmalıdır. Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidir”.

Qurumdan bildirilib ki, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur: “İstehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsindən əldə edə bilərlər.

İstehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər.

Aparılan monitorinqlər zamanı qanun pozuntusu halları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək".

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, tanınmış həkim Ədalət Rüstəm mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ədalət Rüstəm qeyd edib ki, koronavirusun müalicəsi üçün nəzərdə tutulan, “qara bazar”da 450-500 manata satılan dərmanlar əslində ağır xəstələr üçündür: “Həmin qeyd olunan dərmanlar pulsuz olaraq dövlət tərəfindən xəstəxanalarda ağır vəziyyətdə olan xəstələrə verilir. Evdə müalicə alan xəstələrə həmin dərmanlar gərək deyil. Evdə müalicə alan xəstələr üçün nəzərdə tutulmuş dərmanları istənilən aptekdən əldə etmək mümkündür. Həmin dərmanlar da vitaminlərdir. O ki qaldı dərmanların qiymətlərinin bahalanması məsələsinə, buna nə Səhiyyə Nazirliyinin, nə də TƏBİB-in əli çatmır. Bununla dərman şirkətləri məşğul olur. Həmin dərman şirkətləri tələbata uyğun qiyməti artırırlar. Apteklərin də demək olar ki, hamısı özəldir. Yəni bildiyiniz kimi, dərman monopoliyası yaşanır. Şirkətlər istədikləri vaxt depolarda ən çox tələb olunan dərmanları yığışdırır, bir həftə sonra isə ortalığa çıxararaq həmin dərmanları 5-10 dəfə baha qiymətə satırlar. Qeyd etdiyim kimi, bu məsələyə artıq aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət etməlidir”.

Ədalət Rüstəm evdə müalicə alan xəstələrlə bağlı tövsiyələrini də bildirdi: “Məlum olduğu kimi, xəstəxanalarda hazırda yalnız ağır xəstələr müalicə alır. Onların evdə müalicə alması qeyri-mümkündür. Çünki bunun üçün ən azı 3 tibb işçisi, müəyyən aparatlar təşkil edilsin. Evdə müalicə alanlar əsasən ağır xəstələrin yaxınlarıdır. Xəstəxanalarda müalicə alan ağır xəstələrin də müalicə almaq üçün imkanlar kifayət qədər genişdir. Doğrudur, dərman qıtlığı da var. Amma Operativ Qərargah dərhal problemə reaksiya verir və aradan qaldırmağa çalışır. Evdə müalicə alan xəstələrə tövsiyəm odur ki, poliklinika həkimləri ilə mütləq şəkildə əlaqə saxlamalı, yalnız onların nəzarəti altında müalicə almaq lazımdır. Onlar təlim keçmiş, xüsusi təyin olunmuş həkimlərdir. Yalnız onlara müraciət etmək lazımdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR