Maradonanın cəsədindən DNT testi götürüləcək

Əfsanəvi futbolçu Dieqo Maradonanın cəsədindən DNT testi üçün nümunə götürüləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Argentina məhkəməsi qərar verib.

Maradonanın ölümündən sonra qohumları və dostları arasında miras davası çıxıb. Sabiq baş məşqçinin yalnız 5 rəsmi övladının olmasına baxmayaraq, onun övladı olduğunu bildirən bir neçə nəfər DNT testi üçün müraciət edib. Son olaraq 25 yaşlı Maqali Gil onun qızı olduğunu iddia edib.

Daha əvvəl vəkili Maradonadan DNT nümunələrinin götürüldüyünü söyləsə də, məhkəmə əfsanəvi futbolçunun cəsədinin yaxın vaxtlarda yandırılmaması barədə qərar verib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında evində ürək çatışmazlığından vəfat edib.(Apasport)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR