Bu gün səhər saatlarında səmada görünən və ulduza bənzəyən, iz buraxan cismin nə olduğu anlaşılıb.
Metbuat.az xəbər verir ki, bu Çinin Aydan daş və torpaq nümunələri yığmaq üçün göndərdiyi “Çanye-5” pilotsuz komsik aparatı imiş. Kosmik aparat yerli saatla 01:30-da Yer kürəsinə paraşütlə enib.
300 kiloqram çəkisi olan cismin içində Aydan götürülən daşlar və torpaq olduğu bildirilir. Cism araşdırılmaq üçün Pekinə aparılacaq.
Bununla da, 1976-ci ildə SSRİ-nin “Luna-24” layihəsindən sonra ilk dəfə Aydan nümunələr alınıb. Bu uğurlu layihədən sonra Çin Aydan nümunələr götürə bilən üçüncü ölkə olub.
Mənbə: cnn.com