Bakıda yol qəzası baş verib.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, qəza Bakı-Şamaxı yolunda qeydə alınıb.
"KİA" markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində bir nəfərin yüngül xəsarət aldığı deyilir.
Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.