"Müharibədə ölü sayımız 8 minə çatdı" -

“Bizim müharibədə ölü sayımız 8 minə çatdı. 1000-dən çox itkin və 300-ə yaxın əsiri olmuş bir dövlətin iqtidarı bundan sonra günahkar kimi hakimiyyətdə qalmalıdırmı?"

Metbuat.az xəbər verir ki, bunu Ermənistanda etiraz edən Gorus sakinlərindən biri deyib. Jurnalistlərə danışan digər etirazçılar da qeyd ediblər ki, ölkədə nə qədər informasiya blokadası yaradılsa da, xalq ölü və itkin sayını gözəl bilir.

“İstefalardan sonra məhkəmə olacaq və ədalətli hökm də çıxarılacaq”-deyə Gorus sakini qeyd edib.

Etirazçılar tələb ediblər ki, xain baş nazir elə öz kabinetində həbs edilsin.(Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR