Türkiyədə özəl xəstəxanada partlayış -

Türkiyənin Qaziantep şəhərində koronavirusa yoluxmuş xəstələrin müalicəsi aparılan özəl xəstəxanada partlayış baş verib.

Metbuat.az xəbər verir ki, Qaziantepdəki SANKO Universiteti Xəstəxanasının reanimasiya şöbəsindəki yüksək axınlı oksigen cihazının partlaması nəticəsində patlayış baş verib.

Xəstəxanadan edilən açıqlamaya görə, yüksək axınlı oksigen cihazının səbəb olduğu partlayışdan sonra vəziyyət qısa müddətdə nəzarət altına alınıb. Partlayış zamanı 8 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Mənbə:Ən son haber


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR