Xəstəlik həm var, həm də yox -

''Test monopoliyasına son qoymaq lazımdır''.

Metbuat.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalıdr:

“Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artırılması, qiymətlərin tənzimlənməsi vacibdir”.

Testlərin 90-130 manat arasında olması hər kəs üçün əlçatan deyil. Hələ pandemiyanın ilk günlərində testlərin baha olması ilə bağlı şikayət və təkliflər var idi. Lakin bu günə qədər qiymətlərdə heç bir dəyişiklik yoxdur.

Ötən gün TƏBİB-in sədri Ramin Bayramlı bu haqda bir daha qeyd edib:

"Testlərin qiymətinə biz baxmırıq ki! Testlərin qiymətilə özəl müəssisələr məşğuldur, yaxşı olar ki, bu sualı onlara yönləndirəsiniz".

Tibb elmləri doktoru Adil Qeybulla bu mövzu ilə bağlı qeydində bildirib ki, dövlətin özəl sektorun işinə müdaxilə etmək ixtiyarı yoxdur:

"Amma özəl sektor özü də bazarda olan rəqabətə görə qiyməti tənzimləyir. Hesab edirəm ki, bu testləri əhaliyə əlçatan qiymətə təşkil etmək lazımdır ki, istənilən adam testdən keçə bilsin. Özəl xəstəxanalar da maraqlı olmalıdırlar ki, səhhətindən şübhələnən şəxslər yoxlamadan keçsinlər".

Professor testlərin hansı halda yanlış cavab verməsini bu cür izah edib:

"Yaxma vasitəsilə götürülən testin cavabı daha dəqiqdir. Onun cavabı 90 faizin üstündədir. Lakin qan vasitəsilə götürülən testin dəqiqliyi aşağıdır. Diqqət etmək lazımdır ki, yaxma dəqiq götürülsün. Məsələn, pasiyent test götürülməzdən əvvəl yemək yeməməlidir. Və yaxud burun boşluğundan yaxma götürəndə bir çoxları bundan qıcıqlanır və özünü dartır. Beləliklə, yaxmanı düzgün götürməyəndə analiz doğru çıxmır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR