Moskvada gün ərzində 74 nəfər koronavirusdan öldü

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 74 nəfər dünyasını dəyişib.

Metbuat.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 317-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 722 178 insanda (son sutkada 6937 nəfər) koronavirus aşkar olunub, daha 557 028 nəfər isə müalicə olunaraq sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR