Daha bir ölkədə koronavirusa yoluxanların sayı 10 milyonu keçdi

Hindistanda aşkar olunan koronavirusa yoluxma hallarının ümumi sayı son gündə 25 152 nəfər artaraq 10 004 599-a çatıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi rəsmi saytında məlumat yayıb. Bildirilib ki, son sutkada 347 nəfər koronavirus infeksiyası nəticəsində ölüb və ümumi COVID-19 qurbanlarının sayı 145 136 nəfərə çatıb.

Bununla da Hindistan koronavirusa yoluxma hallarının sayına görə 10 milyonu keçən ikinci ölkə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR