Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib.
Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın böyük qardaşının oğlu Əhməd Ərdoğan dünyasını dəyişib.
73 yaşlı Əhməd Ərdoğan bir müddət idi ki, Kocaeli vilayətindəki dövlət xəstəxanasında koronavirusdan müalicə edilirdi.