Azyaşlı oğlanlarını narkotikə öyrəşdirmək istəyirdi -

İki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihara cəhd edən ana istintaqa ifadə verib.

Metbuat.az xəbər verir ki, qadın istintaqa ilkin ifadəsində əri Cavid Cəfərovun narkoman olduğunu və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istədiyini bildirib.

O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ər Cavid Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır. (qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR