Azərbaycanda koronavirusun YENİ FORMASI YARANIB -

Xəbər verdiyimiz kimi, koronavirusun yenidən mutasiyaya uğraması nəticəsində yeni virus yaranıb. Öldürücülük qabiliyyəti yüksək olduğu deyilən həmin virusa ilk olaraq Böyük Britaniyada rast gəlinib. Daha sonra ÜST-ə görə koronavirusun mutasiyası Danimarka, Niderland və Avstraliyada da qeydə alınıb. Cənubi Afrika və İtaliyanın səlahiyyətli şəxsləri ölkədə yeni gərginliyin təsbit edildiyini bildiriblər. Bəzi məlumatlara görə isə infeksiyanın yeni növü daha sürətli yayılır, amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair sübutlar yoxdur. Azərbaycanda koronavirusun mutasiyasını baş vermiş hesab etmək olarmı?

Metbuat.az xəbər verir ki, bununla bağlı "sonxeber.az"-a Azərbaycan Həkimlər Birliyinin təsisçilərindən biri, dosent Ədalət Rüstəm danışıb:

"Həmin virusun ölkəmizdə yayılma ehtimalı çox yüksəkdir. Çox güman ki, artıq mutasiya baş verib. Əgər elə olmasaydı, bu qədər yoluxma olmazdı. Buna görə də demək olar ki, bizdə də koronavirus mutasiyaya uğrayıb. Ölüm sayının çoxalması da bunu deməyə imkan verir.

Koronavirusa dünya təşklilatları tərəfindən nəzarət idarəolunmaz vəziyyətə gəlib çıxıb. Virusla mübarizədə 100 -dən artıq həkimlərimiz dünyasını dəyişib. Həkimlərimiz gücü artıq tükənib, onlar 10-11 aydır ki, gözəgörünməz bəla ilə mübarizə aparırlar. Elə həkimlərimiz var iki dəfə virusa yoluxub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR