.

Xankəndində satışa çıxarılan mənzillər - Məcburi köçkünlərimiz həmin mənzillərə yerləşdirilə bilərmi? - AÇIQLAMA

.

Sosial şəbəkələrdə bir neçə gündür ki, Xankəndidə ermənilərin evlərini təcili şəkildə satışa qoymaqları ilə bağlı məlumatlar yayımlanır. Əsas məqamlardan biri isə odur ki, evlərin böyük əksəriyyəti bütün əşyaları ilə birlikdə satışa qoyulub. Mənzillərin qiymətinin kifayət qədər baha olması da nəzərdən yayınmır.

Hal-hazırda çoxlarını maraqlandıran suallardan biri də Xankəndində ev alqı-satqısının hüquqi əsasının olub-olması ilə bağlıdır.

Bəs ermənilər həmin alqı satqı əqdlərini hansı yolla həyata keçirəcəklər?

Metbuat.az-a bu barədə özəl açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, bu evlərin alqı- satqısı zamanı bütün sənədləşmə işləri Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır.


''Xankəndində ermənilərin satışa çıxartdıqları mənzillərinin qiymətlərinin fantastik dərəcədə şişirdilmiş olduğunun şahidi oluruq. Belə ki, mənzillərin qiymətləri hətta Sumqayıt şəhərindəki mənzillərin qiymətindən də baha qiymətə satışa çıxarılıb.

Bu təbii ki, ermənilər tərəfindən düşünülmüş bir addımdır. Reallıq odur ki, bu gün heç bir erməni həmin ərazilərdə daşınmaz əmlaka yatırım etməz. Onların əsas məqsədləri isə öz mənzillərini Azərbaycan hökumətinə baha qiymətlərə sataraq oralardan çıxıb getməkdir''.

Bəs mülkiyyət ilə bağlı sənədləşmə işləri necə aparılacaq?

''Təklif edərdim ki, ilk növbədə Şuşa şəhərimizdə ASAN xidmət mərkəzinin modul tipli bir filialı açılsın. Bundan sonra da qondarma rejimin orada yaşayan ermənilərə verdikləri bütün mülkiyyət hüquqlarını təsdiq edən sənədləşmə işləri ləgv olunaraq bütün sənədləşmələr Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunvericiliyinə ugun aparılsın''.

Ekspert bildirdi ki, statistikaya nəzər salsaq görərik ki, işgaldan əvvəl təkcə Xankəndində 12 000 dən artıq azərbaycanlı yaşayıb. Xankəndindən məcburi köçkün düşmüş soydaşlarımızı oraya yerləşdirmək üçün illərlə tikinti işləri aparmalıdır. Bu isə cox uzun zaman tələb edir.

Məsələnin həlli yolunda E.Fərzəliyevin müsbət dəyişiklik yaradacaq bir təklifi var.

İşğaldan azad edilən rayonlarımızda tezliklə infrastruktur layihələrinin icrasına başlanılacaqdır. Erməni vandallarının dağıdıb məhv etdiyi bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Orada yaşayacaq vətəndaşlarımız üçün lazımı bütün şərait qurulacaqdır.

Amma bu proses bir qədər uzun vaxt aparacağına görə yaxşı olardı ki, ilkin mərhələdə ermənilərin faktiki satışa çıxardıqları evləri alaraq öz məcburi köçkünlərimizi yerləşdirək.

Həmin ərazilərdə Azərbaycan qanunvericiliyini tətbiq edərək satılan əmlak qiymətləri ermənilərin şişirdilmiş qiymətləri deyil, real bazar qiymətləri ilə dəyərləndirilməlidir.

Bunun üçün isə həmin ərazilərə yerli və xarici qiymətləndirmə şirkətlərini dəvət edərək monitorinqlər aparılmalı və əmlakların real bazar dəyəri müəyyənləşməlidir. Bu proses baş tutarsa yerli əhalimizin həmin ərazilərə köçmə prosesi nəzərdə tutulduğundan da tez baş verə bilər''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR