x
Loading...

Mutasiyaya uğramış virusa "SARS-CoV-2 VUI 202012/01" adı verildi

.

Britaniyada mutasiyaya uğramış yeni virusa "SARS-CoV-2 VUI 202012/01" adı verilib.

Metbuat.az xəbər verir ki, bunu Ankara Universiteti professoru İsmayıl Balık "Anadolu Agentliyi"nə açıqlamasında deyib. O, virus barədə həmçinin qeyd edib:

"Mutasiyaya uğrayaraq daha sürətli yayılan virusla bağlı araşdırmalar aparılır. Virusun hansı ölkələrdə yayıldığı, bazardakı testlərin yeni virusu aşkar edib-etmədiyi, istifadə olunan dərmanların bu virusun müalicəsində effektli olub-olmayacağı, hal-hazırda var olan vaksinlərin bu virus üçün işə yarayıb yaramayacağı araşdırılır".

Qeyd edək ki, yeni virus artıq Britaniyadan əlavə Belçika, Danimarka, Hollandiya və Avstraliyada yayılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR