Rezidenturanı bitirənlər üçün təyinatın vaxtı dəyişdirilib

.

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərə müraciət edib.

Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib: "Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR