Yeni mutasiyasının sürəti 70 faiz çoxdur -

Son bir-iki ay ərzində koronavirusun mutasiyadan əvvəlki formadan daha sürətli yayıldığı müşahidə edilir.

Metbuat.az xəbər verir ki, bunu trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, virusun yeni ştammının yayılma sürəti əvvəlkindən 70 faiz çoxdur: “Əslində, COVİD-19 ortaya çıxandan indiyədək onun 4000-ə yaxın mutasiyası baş verib. Amma bu mutasiyaların xüsusiyyətləri arasında ən əhəmiyyətlisi onun yayılma dərəcəsinin daha da artması ilə bağlıdır”.

A.Allahverdiyev qeyd edib ki, yeni növ viruslar orqanizmdəki endotel hüceyrələrə daha asan daxil olur və ona daha sıx bağlanır:

“İndi orqanizmə daha çox virus daxil ola bilir. Orqanizmə nə qədər çox virus daxil olarsa, onun yoluxma səviyyəsi də bir o qədər çox olur. Ola bilər ki, yeni virus ştammı sayəsində xəstəliyin klinikası da fərqli gedə, immun sistemimiz bunlara fərqli cavab verə bilər. Bunların heç biri indi bəlli deyil, amma zaman bunları göstərəcək. İndi qorunma tədbirlərinə ikiqat artıq riayət etmək lazımdır. Virus daha sürətlə yayıldığı üçün sosial məsafəyə də daha çox riayət etmək lazımdır. Məsələn, 1,5-2 metr deyil, imkan olduqca daha çox uzaq məsafədə durmaq lazımdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR