Qurban Qurbanov: "Bir neçə oyunçu ilə maraqlanırıq"

Qurban Qurbanov: "Bir neçə oyunçu ilə maraqlanırıq"
12:47 18 Yanvar 2015
127 İdman
Ölkə mətbuatı
A- A+

"Muarem Muarem getsə, yerinə oyunçu transfer etməyimiz mümkündü. Bir neçə oyunçu ilə maraqlanırıq. Ola bilər ki, ən azı bir futbolçu ilə güclənək". Fanat.az хəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.


Qurbanov Muarem Muaremlə bağlı "Eskişəhərspor"la aparılan danışıqlar prosesindən danışıb: "Hələ ciddi təklif yoxdu. İndi danışıqlar dayanıb. Bir neçə günə məsələyə aydınlıq gələr. Onlar son təkliflərini göndərməlidilər. Biz istərdik ki, futbolçumuz Türkiyə Super Liqasında oynasın, klublar arasında əməkdaşlıq yaransın. Amma həm futbolçunu düşünməliyik, o da hara getdiyini fikirləşməlidi. Klubun maraqları da arxa plana keçməməlidi. O, bizim əsas oyunçularımızdandı, onu buraxmaq istəmirik. Bilməliyik ki, hara gedir, niyə gedir. Çempionatın ikinci yarısının əvvəlinə az qalıb. Muarem bizə lazımlı futbolçudu. Onu buraxmaq bizə xoş deyil. Amma hərtərəfli razılıq olsa, futbolçunun qarşısını da kəsmərik".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanov-quotbir-nec-oyuncu-il-maraqlanrqquot-t17564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR