“Ramili barmaqlarından tanıdım” -

Şəhid Ramil Yusifzadə müharibə dövründə dostuna göndərdiyi səs yazısında belə deyirdi: “Qardaşım, qardaşım, burda elə vəziyyətdir ki...Alnımıza nə yazılıbsa o olacaq”.

Müharibə bitdikdən sonra haqqında sosial şəbəkələrdə “Cənazəsi kimi bir ayağı gələn şəhid” deyə məlumatlar yayıldı. Atası Adəm Yusifzadə isə bu məlumatların yalan olduğunu söyləyir: “Ramili barmaqlarından tanıdım. Lapatkanı alıb əlimə övladımı səngərin altından çıxardım. Meyit... 40-42 gün torpağın altında qalan meyit necə olar, xanım...?!”

Metbuat.az jurnalist Ayşə İsazadənin “Vətən Yaxşıdır” layihəsi çərçivəsində hazırladığı şəhid Ramil Yusifzadənin hekayəsini təqdim edir:

Layihə müəllifi: Ayşə İsazadə

Resjissor: Kənan Musayev

Operator: Namiq Abdullayev

Montaj: Ceyhun Qubaxanov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR