Elsevər Əliyev: "Millionaire Concept Network-də öz işində fərqlənən şəxslər yer alır" -

"Millionaire Concept Network" çərçivəsində keçirilən "HeWeAre" layihəsinin budəfəki qonağı "AZEA İnşaat" şirkətinin rəhbəri Elsevər Əliyev olub.

"Millionaire Concept"in təsisçisi Aqil Məmiyevlə həmsöhbət olan Elsevər bəy iş həyatından, şirkətin qurulmasından və gələcək planlarından danışıb. O qeyd edib ki, böyük bir şirkət qurmaq onun çoxdankı arzusu idi və bu hədəfə çatmaq üçün idarəçilik və təşkilatçılıq bacarıqlarını ortaya qoyub. Peşakar kollektiv formalaşdıran Elsevər Əliyev "AZEA İnşaat" şirkətini yaradıb. Çox keçmədən kompaniya populyarlaşıb və indi ən öndə gedən şirkətlər arasında yer alır. Müsahibə zamanı Elsevər Əliyev bildirdi ki, 11 ildir xidmət göstərən "AZEA İnşaat" fəaliyyət sahəsini artırmağa nail olub. Belə ki, şirkət təmir, tikinti, layihələndirmə, eksteryer, landşaft kimi sahələrində xidmətlər göstərir. Uğurun sirri nədir sualına isə, Elsevər bəyin cavabı belə oldu: çox çalışmaq, səhvlərdən nəticə çıxarmaq və güclü komanda qurmaq.

Aqil Məmiyevə gələcək planlarından söhbət açan Elsevər Əliyev vurğuladı ki, bir Azərbaycan brendi olaraq, məqsəd xarici bazara çıxmaqdır. Bunun üçün artıq mühüm addımlar da atılır. “Millionaire Concept Network"ə gəldikdə isə orada iştirak etməkdən məmnunluğunu bildirən Elsevər bəy bildirdi ki, sözügedən layihədə öz işində fərqlənən şəxslər yer alır və belə bir layihədə yer almaq həm onun, həm də şirkəti üçün çox faydalı olacaq.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəyi Metbuat.az saytıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR