İngiltərədə mutasiyaya uğramış virus daha bir ölkədə görüldü:

İsrail həkimləri Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiya etmiş yeni növünə yoluxmuş 4 nəfər aşkar ediblər.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, İsrail Səhiyyə Nazirliyinin mərkəzi laboratoriyasında aparılan yoxlamalar zamanı bu yaxınlarda Britaniyada aşkar edilmiş yeni koronavirus variantına yoluxma hadisəsi aşkarlanıb:

"Yoluxmuş xəstələrdən 3 nəfəri son günlərdə Britaniyadan ölkəyə gəlib. Onlar xüsusi dövlət karantin mərkəzlərində təcrid olunmaqdadır. Digər şəxs isə yerli vətəndaşdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR