Britaniyada son sutkada 39 min nəfərdə koronavirus aşkar olunub

Böyük Britaniyada aşkar olunan koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 39 036 nəfər artıb, daha 574 nəfər isə bu virusdan dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub. Bildirilir ki, bundan bir gün əvvəl 39 237 nəfərə COVID-19 diaqnozu qoyulub, 744 nəfər isə virusun qurbanına çevrilib.

Ümumilikdə ölkədə pandemiya başlayandan bəri 2 188 587 nəfərdə koronavirusa yoluxma, 69 625 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR