Bakıda doğulan məşhur şahmatçının anası vəfat etdi

Bakıda anadan olan şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster, 13-cü dünya çempionu Harri Kasparovun (Harri Kimoviç Vaynşteyn) anası Klara Kasparova 83 yaşında vəfat edib.

Bu barədə rusiyalı şahmatçı "Twitter” hesabında yazıb:

"Anam Klara Şaqenovna Kasparovanın vəfatı xəbərini böyük kədərlə bölüşürəm. Mənim rol modelim, ən böyük çempionum, müdrik məsləhətçim və indiyə kimi tanıdığın ən güclü insan. Mən səni sevirəm ana”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR