Vilayət Eyvazov ona yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhərinin Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin edib.

Metbuat.az-ın məlumatına görə, əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Nəvayi Qasımov təyin olunub.

Məlumat üçün bildirək ki, yeni rəis daha öncə Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Kəpəz Rayon Polis İdarəsinin rəisi Vüqar Xəlilov bir müdət əvvəl Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin edilib. /APA/


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR