ÜST rəhbərindən BƏDBİN PROQNOZ:

2020-ci ildə yaranmış pandemiya sonuncu olmayacaq. Buna görə də dünya ictimaiyyətini səhiyyə sistemlərinin mühafizəsini gücləndirməyə və yeni fövqəladə vəziyyətlərə hazırlamaq lazımdır.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"Tarix bizə deyir ki, indiki pandemiya sonuncu olmayacaq və epidemiyalar həyatın reallığıdır", -deyə ÜST rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, fövqəladə vəziyyətlərin qarşısının alınmasına investisiya yönəltmək və ilkin tibbi yardımı inkişaf etdirmək vacibdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR