Türkiyədə əsgərlər qar uçqununa düşdü -

Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunda qar uçqunu altında qalan iki əsgərdən biri həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, güclü qar Şemdinlidə yerləşən hərbi bazanın yolunun bağlanmasına səbəb olub. Yolun açılması zamanı iki əsgər qar uçqunu altında qalıb. Əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb, digər əsgərin axtarışı davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR