Bu ölkə Azərbaycanla uçuşu bərpa etdi -

Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib.

Metbuat.az xəbər verir ki, “Ukrainski Novini”yə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

Məlumata görə, Ukraynadan Bakıya aviareyslərin biletləri artıq satışdadır.

Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtından, hər bazar ertəsi və cümə axşamı isə Azərbaycan paytaxtından həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR