x
Loading...
.

Ronaldo əsrin ən yaxşı futbolçusu seçildi

.

“Globe Soccer Awards” mükafatının qalibləri məlum olub.

Metbuat.az xəbər verir ki, İtaliyanın "Yuventus" klubunun hücumçusu, portuqaliyalı dünya ulduzu Kriştiano Ronaldo 21-ci əsrin ən yaxşı futbolçusu adına layiq görülüb. O, sorğunun nəticələrinə əsasən, 38 faiz səslə birinci olub.

"Barselona" və Argentina millisinin kapitanı Lionel Messi 24 faiz səslə 2-ci, "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah 3-cü (23), Braziliya millisinin keçmiş üzvü Ronaldinyo isə 4-cü (14) olub.

Bundan əlavə, “Bavariya” klubunun hücumçusu Robert Levandovski 2020-ci ilin futbolçusu, Münhen təmsilçisinin çalışdırıcısı Hansi Flik ilin məşqçisi seçilib.

Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola əsrin məşqçisi, İspaniya təmsilçisi “Real Madrid” əsrin klubu, Jorje Mendeş əsrin futbol agenti elan edilib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR