x
Loading...

Yeni peyvəndin tətbiqinə başlanılır

.

Böyük Britaniyanın Oksford universiteti və əczaçılıq şirkəti “AstraZeneca”nın hazırladığı COVID-19 peyvəndi 2021-ci ilin yanvarın 4-dən tətbiq ediləcək.

Metbuat.az xəbər verir ki, Britaniya hökuməti peyvəndin yaxın iki həftə ərzində vətəndaşlara vurulacağını açıqlayıb. Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, sentyabr ayında Oksford universiteti və “AstraZeneca” şirkəti tərəfindən birgə hazırlanan peyvəndin tətbiqi sınaqların son mərhələsində mənfi reaksiya verdiyi üçün dayandırılmışdı. Aparılan araşdırmalar zamanı problem aradan qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR