x
Loading...
.

DİN: Həftəsonu ictimai yerlərdə 9 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

.

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumatına görə, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 26-27-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb. 8 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR