x
Loading...
.

Azərbaycanda 5 gün tətil olacaq - TƏQVİM

.

Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq.

Metbuat.az xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR