x
Loading...
.

''Xocavənddə baş verənlərə görə Rusiya günahkardır'' - Ekspertdən SƏRT AÇIQLAMA

Xəbər verdiyimi kimi, Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, erməni silahlı birləşmələrinin hərbiçilərimizə hücum cəhdi son deyildir. Əgər qətiyyətli addımlar atımasa, bu kimi diversiya halları davamlı olacaq.

"Bu diversiya təxribatlarının arxasında Rusiya hakimiyyəti məhsuliyyət daşıyır. Rusiyaya sual edilməlidir ki, siz Dağlıq Qarabağda nəyi və kimləri müdafiə edirsiz?

Əgər onlar Arayik Arutunyanı, Vitali Balasanyanı və Qarabağda silahlı erməni birləşmələrini qoruyurlarsa o zaman Azərbaycana lazım deyillər.

Ötən gün Laçın dəhlizindən erməni hərbi kolonu Rusiya "sülhməramlı" qüvvələrinin müşaiyəti ilə Dağlıq Qarabağa gətirildi. Mən düşünürəm ki, məhz həmin silahlı erməni birləşmələri bu hücumu həyata keçirib.

Nikol Paşinyan indiki vəziyyətdə Azərbaycanla müharibə etmək marağında deyil. Bu hücumlar təşkil edilərək, daima Azərbaycana təzyiq siyasəti formalaşdırılır. Ermənilərin Xankəndinə köçürülməsi və silahlı erməni birləşmələrini qorunması, bu planın tərkib hissəsidir''.

Məhəmməd Əsədullazadə bildirdi ki, Hadrut və Tuğda baş verənlər göstərir ki, Rusiya erməni terrorunun arxasındadır və "sülhməramlı" qüvvələr Rusiyanın Dağlıq Qarabağda hərbi bazası rolundadır.

''Rusiya Xankəndiyə göndərdiyi Fövqəladə Hallar nazirliyinin əməkdaşları burada ermənilərin sosial vəziyyətinin yaxşılaşdırılması və infrastrukturunun qurulmasını həyata keçirir. Bu, Rusiyanın sülhməramli missiyasının fəaliyyətinə ziddir. Rusiya Dağlıq Qarabağda təkcə, öz sülhməramli qüvvələri ilə təmsil olunmalıdır.

Xocalıda "qondarma separatçı rejimin FHN nümayəndəsi" Rusiya FHN əməkdaşlarına separatçı rejimin üzərində bayrağı olan medallar verərək təltif edib. Rusiya FHN-nin bu qanunsuz medalları almaqla, burada separatizmə dəstək verdiyinə işarədir. Bu, Rusiyanın Dağlıq Qarabğada sülhməramlı fəaliyyətində nə qədər kənar olduğunu göstərir.

Azərbaycan bu haqda Rusiyaya nota verməli, bu kimi qanunsuz medalları qəbul etdiyinə görə, Xarici İşlər nazirliyi Rusiya səfirindən izahat tələb etməlidir.


Bu məsələdə Azərbaycanın atacağı addımlardan birinin ilk növbədə Türkiyə qoşunlarını ərazilərə yerləşdirmək olduğunu bildirən M.Əsədullazadə əlavə etdi ki, Azərbaycan Türkiyə ilə hərbi müttəfiq müqavilə bağlamaq ilə Xocavənd və Xankəndi ətrafında ermənilərə qarşı hərbi əməliyyatlar keçirə bilər .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR