x
Loading...
.

Özünə ad günü keçirən direktor işdən çıxarıldı - RƏSMİ

.

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil naziri müvafiq əmr imzalayıb.

Qeyd edək ki, ötən həftə Nailə Məmmədova karantin qaydalarını pozmaqla gündəmə çevrilmişdi. 187 nömrəli tam orta məktəbin sabiq direktoru evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozmuşdu.

O, fərdi yaşayış evində təşkil etdiyi məclisə onlarla şəxsi dəvət etmişdi. Sabiq direktor həmçinin məclisə müğənnilər də çağırmışdı.

Nailə Məmmədovanın evində baş tutan məclisdən çəkilən videogörüntülər sosial şəbəkələrdə etirazla qarşılanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR