ABŞ-da koronavirusa yoluxanların sayı 19 milyonu keçib

.

ABŞ-da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının sayı 19 milyonu ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ölkədə koronavirus infeksiyasına yoluxma hallarının sayı 19 132 446-ya çatıb. Yoluxma sayına görə Kaliforniya ştatı liderdir (2 156 111 yoluxma), onun ardınca isə Florida (1 271 979 yoluxma), İllinoys (937 909 yoluxma) və Nyu-York (922 145 yoluxma) ştatları qərarlaşıb.

ABŞ-da bu günədək COVID-19 qurbanlarının sayı 333 115 nəfər təşkil edir.

Qeyd edək ki, pandemiyanın başlanmasından bəri dünyada 80,7 mln. insan koronavirusa yoluxub, 1,7 mln. nəfərdən çox ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR