x
Loading...
.

İranda sutka ərzində 6 minə yaxın şəxs koronavirusa yoluxub, 121 nəfər ölüb

.

İranda ötən sutka ərzində 5 908 nəfər koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 206 373 nəfərə çatıb. Virus daşıyıcılarından 5 174 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 121 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 54 814 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 960 751 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,46 milyondan çox diaqnoz testi həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR