x
Loading...
.

Şoubiznes nümayəndələri Şuşaya getdilər - FOTOLAR

.

Azərbaycanın bir qrup mədəniyyət üzvü işğaldan azad olunan Şuşa şəhərinə səfər edib.

Metbuat.az xəbər verir ki, onlar Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Sevda Ələkbərzadə, müğənni-bəstəkar Murad Arif və başqaları olub.

Sənətçilərin hər biri instaqram paylaşım platformasında fotolar yayaraq Şuşadan izləyicilərinə salam göndəriblər. A. Kazımova əsgərlərlə şəklinə “Şuşa, bir üzümüz güldü, digəri kədərləndi. İgidlərimizi görüb qürurlandıq, şəhidlərimizi anıb hüzünləndik. Bu qədər hissi eyni anda yaşadıq. Bu torpağa yenidən ayaq basdığımız üçün bir daha xalqımızla, dövlətimizlə, ordumuzla fəxr etdik”,- deyə bildirib.

Z. Xanbabayeva isə Gövhər Ağa məscidinin qarşısında çəkdirdiyi görüntünü izləyicilərlə bölüşüb, “Şuşadayam! Kəlimələrlə ifadə edə bilmədiyim hisslər keçirirəm! Allahım, şükürlər olsun! Bu günlər də bizə qismət oldu”,- deyə paylaşıma rəy yazıb.(Big.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR