.

"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası DANIŞDI - VİDEO

.

Torpaqlarımızın erməni işğalından azad olunması üçün Vətən müharibəsində qəhrəmancasına iştirak edən igidlərimizdən biri də Məmmədov Fuad İlqar oğludur. Hazırda ön xəttə Vətənə xidməti borcunu yerinə yetirən Fuadın anası Könül Məmmədovla ilə əlaqə saxladıq.

Qəhrəmanımızın anası BiG.AZ-a eksküliziv müsahibə verdi.

Həmin müsahibəni təqdim edirik:

Salam, Könül xanım necesiz? Qələbə qazanan qəhrəman ölkənin qəhrəman anası olaraq özünüzü necə hiss edirsiz?

-Mən özümü çox xoşbəxt hiss edirəm.Bu ifadəmə görə şəhid analarından dönə-dönə üzr istəyirəm.Mənim övladım da şəhid ola bilərdi.Allahın qisməti deyək buna. Çünki, ön cəbhədə vuruşurdu.Mən inanıram ki, şəhid anaları da xoşbəxtdir indi.Çünki onların oğulları qanları ilə tarix yazıb, müqəddəs zirvəyə ucaldırlar.Bu zirvə kimsəyə qismət, nəsib olmur çünki. Mən bir ana olaraq onların uyuduğu məzarlara hər gün qurban gedirəm.Onlar bütün Azərbaycan analarının övladlarıdır.Bütün analar fəxr etməlidirlər ki, 30 illik həsrətə Azərbaycan Ordusunun qəhrəmanları 44 gündə son qoydu.Qisasımız alındı və biz indi daha məğlub yox, qalib ölkənin vətəndaşlarıyıq.

"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası BİG.AZ-a danışdı -VİDEOKönül xanım, bir az Fuaddan danışaq.Ailədə necə bir uşaq idi Fuad ?

-Mənim Fuadım 1995-ci ildə dünyaya gəlib.Gəlişi ilə ailəsinə sevinc bəxş edən Fuad uşaqlıqdan yaşıdlarından fərqlənib.Vətənpərvərliyi, mərdliyi, xalqına olan hədsiz sevgisi ilə nümünə olub dostlarına.Uşaq yaşlarından idmanla məşğul olub və bir çox nailiyyətləri var. İlk günlərdən Füzuli, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərə qatılaraq, qəhrəmanlıq göstərib.Hazırda da o ön cəbhədə xidmət edir.

"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası BİG.AZ-a danışdı -VİDEODediniz uşaq yaşlarından idmanla məşğul olub və bir çox nailiyyətləri var .Gəlin elə torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda qəhrəmanlıq göstərən Fuadın idman sahəsindəki nailiyyətlərindən danışaq

-Fuad 15 il ərzində idmanın sambo növü ilə məşğul olub. Sambo üzrə 9 dəfə Azərbaycan çempionu , dəfələrlə Beynəlxalq turların qalibi ,( Kiev , Tiflis , Dağıstan ), 11 qat Bakı birincisi ,2013-cü il Yunanıstanda Dünya çempionu , 2014- cü ildə İspaniyada Avropa çempionu olan oğlum,dəfələrlə fəxri fərmanlarla təltif edilib. Fuad həmisə arzu edir ki, sambo məktəbi açsın və indiki gənclərimizə sambonun bütün sirlərini izah etsin.Onları yetişdirmək istəyir ki, ölkəmizi dünyada daha çox tanıtdırsın. Bu, onun ən böyük arzusudur.

"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası BİG.AZ-a danışdı -VİDEO"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası BİG.AZ-a danışdı -VİDEO"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası BİG.AZ-a danışdı -VİDEOVətən içində Vətən böyüdən əsgərimizin anası Könül Məmmədova deyir ki, idmanda qazandığı uğurlarla Azərbaycan bayrağını daima xarici ölkələrdə ən yüksəkdə dalğalandıran , Beynəlxalq arenalarda himnimizi səsləndirən Fuad həmişə deyib ki, "Düşmən niyə bizim torpağımızın üzərində rahat gəzməlidir? Gec-tez buna son qoyulmalıdır.

- Qarabağ həsrəti ilə yaşayıb oğlum. Bu niskil onun ürəyində sağalmaz iz buraxmışdı .Amma indi Ali Baş Komandanımızın rəhbərliyi, oğlum Fuadın timsalında müzəffər Azərbaycan ordusunun igidlərinin qəhrəmanlığı , şücaəti hesabına bu həsrətə son qoyuldu.Oğlum və onun kimi igidlər 30 illik yaramızı 44 günə qanı, canı bahasına sağaltdılar

"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası BİG.AZ-a danışdı -VİDEOHazırda cəbhədə xidmət edən qəhrəmanımız Fuadın evi yoxdur. Amma o nişalıdır və pandemiyadan sonra evlənməyi düşünür. Könül xanım, məsələ ilə bağlı hər hansı bir quruma müraciət etmisinizmi?

-Xeyir, Fuad deyir ki, bizim bir tək ehtiyacımız işğal altında olan torpalarımıza idi, onu da aldıq. O, Vətənə xidmət edib.Bu Vətənin hər bir qarışı onu sevənindir.Biz evsiz keçinə bilərik,amma xalqımız Qarabağsız keçinə bilməzdi.Çünki Qarabağ Azərbaycandır!

"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası BİG.AZ-a danışdı -VİDEODanışırsız Fuadla, haradadır o indi ?

-Bəli, imkan olanda əlaqə yaradırıq . Az əvvəl qeyd etdiyim kimi, Fuad elə ilk gündən Füzuli, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərə qatılıb. Hazırda da ön cəbhədədir. Deyim ki, erməni işğalında olan torpaqlarımız azad edildikdən sonra o torpaqlarda ilk dəfə Azan səslənəndə Fuad mənə zəng etdi və ded ki, "ana mən çox xoşbəxtəm ki, artıq 30 ildən sonra Qarabağımızda Azan səsi eşidildi.O, ifadə edilməyəcək dərəcədə ali, müqəddəs hisslər yaşayıb.O hissləri bizə də yansıtdı.

"Onun evi olmasa da, ən böyük arzusu..."- Hazırda cəbhədə olan Fuadın anası BİG.AZ-a danışdı -VİDEOYəqin ki, qəhrəmanımızın gəlişini səbirsizliklə gözləyirsiz ?

-İlk əvvəl deyim ki, mən Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımızın anasıyam.Onlar mənim övladımdan da mənə artıqdırlar.Hazırki ifadəmə görə bütün şəhid analarından təkrar üzr istəyirəm. Bəli, Fuadın yolunu gözləyirik.Onun sağ qalması bizim üçün bir möcüzə oldu. Allah onu mənə noyabrın 10-da yenidən hədiyyə etdi.Müharibədir bilmək olmur, hər gün qulağım səsdə, gözüm yolda idi.
Hər gün həyəcan keçirirdim.Hər dəfə şəhidlərimizin videosuna baxanada beynimdən bir tək fikir keçirdi."Kaş mən öləydim, siz yox mənim müqəddəs balalarım". Bildirim ki, Qarabağı qanı ilə alan şəhidlərimizin, qazilərimizin Fuadın timsalında qəhrəmanlarımızın hesabına bu gün biz Qalib ölkənin qalib vətəndaşlarıyıq!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR