x
Loading...
.

Son sutka ərzində koronavirusa yoluxanların sayı AÇIQLANDI

.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

ndiyədək ölkədə ümumilikdə 216 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 279, ötən müddət ərzində isə ümumilikdə 2 174 343 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR