x
Loading...

İrəvanda yenə Paşinyanın əleyhinə aksiya keçirilir

.

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilərin yenidən mitinqi başlayıb.

Metbuat.az ''RİA Novosti''yə istinadən xəbər verir ki, aksiya İrəvanın ətrafındakı meydanda başlayıb.

Etirazçılar "Nikolsuz Ermənistan" şüarları ilə paytaxtın mərkəzinə doğru yürüş edirlər.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan Qarabağla bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatı imzaladıqdan sonra Ermənistanda onun istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Müxalif qüvvələr hökumətinin keçmiş başçısı Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

25 dekabrda Paşinyan siyasi qüvvələri 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR