x
Loading...
.

Qarabağ vəkil bürosu Şuşada yerləşəcək

.

Artıq Qarabağ vəkil bürosu yaradılıb. Büro Şuşa şəhərində yerləşəcək.

Metbuat.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, büronun fəaliyyətinin təşkili üçün bütün lazımı səylər göstəriləcək: “Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni ən qısa zamanda yerinə yetirəcək".

A.Bağırov xatırladıb ki, münaqişənin başlandığı ərəfədə bir sıra ölkələrin, xüsusilə TürkiyəPakistanın Vəkillər kollegiyaları tərəfindən ölkəmizin haqq işində dəstək müraciətləri göndərilib.

Onun sözlərinə görə, hətta həmin təşkilatlar münaqişə nəticəsində zərər çəkmiş soydaşlarımıza maddi dəstək göstərilməsi barədə niyyətlərini bəyan ediblər: "Bundan baqşa, Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağın işğalı ilə bağlı olaraq İran İslam Respublikasının Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının dəstək məzmunlu Bəyannaməsi qəbul edilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR