x
Loading...
.

Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri və "Mall"ar açıla bilər - AÇIQLAMA

.

Azərbaycanda yoluxanların sayında kəskin azalma müşahidə olunur. Belə ki, yoluxma sayı 4000-dən 1000 düşüb. Qeyd edək ki, dekabrın 29-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, 37 nəfər vəfat edib. Bundan əlavə Azərbaycanda yanvarın əvvəlindən vaksinasiyaya başlanılması gözlənilir. Vaksinasiyadan sonra virusun zəifləyəcəyi və gündəlik yoluxanların say daha da aşağı düşəcəyi gözlənilir. Əgər gündəlik yoluxanların sayında azalma dinamikası davam edərsə fevral ayından iri ticarət mərkəzləri açıla bilərmi?

Metbuat.az xəbər verir ki, bununla bağlı danışan deputat Azər Badamov bildirib ki, ölkədə tətbiq olunmuş sərt karantin rejimi öz müsbət nəticəsini verir:

"Karantin rejimi sərtləşdirilənə qədər gündəlik yoluxmaların sayı 4 mindən çox idisə, son günlər min ətrafındadır. Tətbiq olunmuş məhdudiyyətlərin Yeni il bayramı günlərində daha da sərtləşdirilməsi, düşünürəm ki, yoluxmaların sayını kəskin azaldacaqdır. Həm də yeni ildən başlayaraq peyvəndlənmə işlərinə start veriləcəkdir. Əgər kütləvi pevəndlənmə edilərsə, təbii ki, vəziyyətdən asıllı olaraq fevral və ya mart aylarınd karantin rejiminin sərtləşdirilməsinə ehtiyac qalmaz və tətbiq olunmuş məhdudiyyətlər ləğv oluna bilər. Məhdudiyyətlərin ləğv olunması bütün sahələrə, o cümlədən iri ticarət mərkəzlərinə də şamil oluna bilər. Bununla yanaşı qeyd etmək istəyirəm ki, sərt karantin rejimində ediləcək yumşalmalar gündəlik yoluxmaların dinamikasından asıllı olacaqdır".

(sonxeber.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR