Bu ölkədə bir gündə 20 min insan virusa yoluxdu

.

Hindistanda son sutkada daha 20 549 nəfərdə koronavirus aşkarlanıb, 286 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bununla da Hindistanda COVID-19-a yoluxanların sayı 10 244 582-yə, virusdan vəfat edənlərin sayı isə 148 439-a çatıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 82 milyon nəfəri ötüb, 1,8 milyon insan ölüb. ABŞ dünyada virusa yoluxanların sayına görə birinci yerdədir. Bu ölkədə 19,5 milyon yoluxma qeydə alınıb, 336 978 nəfər vəfat edib.

Hindistanda isə ikinci sırada qərarlaşıb. Üçüncü yerdə olan Braziliyada 7,6 milyon nəfər COVID-19-a yoluxub, 182 716 nəfər virusdan ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR