x
Loading...
.

Lavrovdan Qarabağda atəşkəsə nəzarət ilə bağlı MÜSBƏT AÇIQLAMA

.

“Dağlıq Qarabağda münaqişə zonasında vəziyyət normallaşır. Bakı və Yerevan vəziyyətin sabitləşdirilməsi istiqamətində fəaliyyətlə bağlı üzərilərinə düşən öhdəliyi yerinə yetirdiklərini məmnunluqla qeyd edirik”.

Metbuat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı TASS-ın sualına cavabında bildirib.

O əlavə edib ki, Rusiya atəşkəslə bağlı razılaşmanın təminatçısı kimi funksiyasını yerinə yetirir:

“Gündəlikdə bu məsələlər durub: atəşkəs rejiminin istənilən halda pozulmaması, ərazilərin partlayıcı vasitələrdən təmizlənməsi, əsirlərin və ölənlərin meyitlərinin mübadiləsi, qaçqınların qayıtması və daxili hərəkət zaman təhlükəsizliyin təmin edilməsi, vacib humanitar məsələlərin həll olunması, tarixi abidələrin qorunması, nəqliyyat yollarının açılması və iqtisadi əlaqələrin qurulması”.

S.Lavrov bildirib ki, bütün istiqamətlərdə müsbət tendensiya müşahidə edilir.

O, atəşkəs rejiminin dekabrın 13-də pozulduğunu AzərbaycanErmənistanın birgə səyi nəticəsində vəziyyətin nəzarət alına alındığını vurğulayıb.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR