Rusiyada son sutkada 26 mindən çox insan koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 26 513 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 131 550 nəfərə çatıb. Son sutka ərzində 599 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 56 426 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR