Bayram Kərimov və Amin Musayev ilə bağlı

Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərimiz Amin Musayev və Bayram Kərimov artıq evlərinə yola salınıb.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, hərbçilərimiz əsirlikdən qaytarıldıqdan sonra 14 gün karantində saxlanılıblar. Bu müddət başa çatdıqdan sonra Amin Musayev və Bayram Kərimovun səhhətində heç bir problem aşkar edilmədiyi üçün yola salınıb.

Qeyd edək ki, Amin Musayev Ağstafa rayonuna, Bayram Kərimov isə yaşadığı Gəncə şəhərinə yola düşüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR