Avropa İttifaqı Böyük Britaniya ilə saziş imzaladı

Avropa İttifaqı (AI) ilə Böyük Britaniya arasında “Brexit” sonrası dövrdə ticarət və əməkdaşlıq sazişi Brüsseldə Aİ Şurasının sədri Şarl Mişel və Avropa Komisiyası prezidenti Ursula fon der Leyen tərəfindən imzalanıb.

Metbuat.az xəbər verir ki, daha sonra Böyük Britaniya Baş naziri Boris Conson sənədi Londonda imzalayacaq.

“Bu gün imzaladığımız saziş aylarla davam etmiş, Avropa İttifaqının misilsiz həmrəylik göstərdiyi intensiv danışıqların nəticəsidir. Ədalətli və tarazlı olan bu saziş Avropa İttifaqının təməl mənafeyini tam olaraq qoruyur, vətəndaşlar və şirkətlər üçün sabitlik və proqnozlaşdırıla bilən şərait yaradır”, – Ş.Mişel bildirib.

Avropa Parlamenti tərəfindən qəbul olunacağı təqdirdə saziş Aİ Şurasında təsdiqlənməklə qüvvəyə minəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR