İşdən çıxarılan direktora nazirlikdə yüksək vəzifə verilib? -

187 saylı tam orta məktəbin keçmiş direktoru Nailə Məmmədovanın çalışdığı İctimai Nəzarət Koalisiyası özəl və müstəqil ictimai təşkilatdır.

Metbuat.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu təşkilatın dövlətə bağlılığı və ya hüquqi qərar qəbul etmə səlahiyyəti yoxdur:

"Nailə Məmmədovaya yüksək vəzifə verilməsi doğru ifadə deyil. Çünki bu, vəzifə deyil, sadəcə olaraq bir ictimai əsaslı özəl təşkilatın strukturdur. O xanım direktor kimi öz ərizəsi ilə işdən azad olunub. Amma həmin məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir”.

Məsələ ilə bağlı açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da bu təşkilatın Təhsil Nazirliyi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Qeyd edək ki, mətbuatda karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gələn və öz ərizəsi ilə işdən azad edilən keçmiş direktor Nailə Məmmədovanın İctimai Nəzarət Koalisiyasında "vəzifəyə” təyin edilməsi barədə məlumat yayılıb.

Bu QHT-nin rəhbəri Rasim Məmmədov N.Məmmədovanın qardaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR