x
Loading...

"Bu, sirkə getmək, amma klounları görməmək kimidir" - Kriştianu Ronaldu

.

"Yuventus"un superulduzu Kriştianu Ronaldu boş tribunalar önündə oynamağı sevmədiyini bildirib.

Metbuat.az xəbər verir ki, "Associated Press" portuqaliyalı hücumçunun maraqlı müqayisəsini belə çatdırıb:

"Azarkeşlər olmayanda meydana çıxmağı sevmirəm. Bu, sirkə getmək, amma klounları görməmək kimi bir şeydir".

Qeyd edək ki, Ronaldu "Globe Soccer"in versiyasına görə XXI əsrin ən yaxşı oyunçusu seçilib. Bu mövsüm "Yuventus"un heyətində bütün turnirlər daxil olmaqla, 14 oyuna çıxan Kriştianu 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. (fanat.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR